Gümrü polisi Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Ajapaxianın tərəfdarlarının etirazlarını bildirmək üçün Fransa prezidenti Emmanuel Makrona yaxınlaşmasının qarşısını alıb.
Bu barədə Sputnik Ermənistanın Gümrüdən olan müxbiri məlumat verib.
Xəbərə görə, Şirak yeparxiyasının Gənclər Birliyinin üzvləri əllərində "Arxiyepiskop Mikaelə azadlıq" yazılmış köynəklər və plakatlar daşıyaraq Fransa prezidentinə yaxınlaşmağa və Ermənistanda söz azadlığının "zəncirləndiyini" deməyə çalışıblar. Lakin mülki geyimli zabitlər də daxil olmaqla, polis əməkdaşları gəncləri geri itələyərək, onlara yaxınlaşmağa imkan verməyiblər.
SAMİRƏ