AZ

İrəvanda Makrona 44 günlük müharibə ilə bağlı məktub verildi

Fransa Prezidenti Emmanuel Makron bu gün İrəvanda səhər qaçışı zamanı itkin düşənlərin valideynlərindən məktub alıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. 

Təxminən 50 dəqiqə davam edən qaçışdan sonra bir neçə vətəndaş Fransa prezidentinin dayandığı "Armenia Marriott" hotelinin yaxınlığında onu gözləyib. Bəziləri sadəcə şəkil çəkdirmək, digərləri isə problemlərini Avropa lideri ilə müzakirə etmək üçün orada dayanıblar. 

44 günlük müharibədə itkin düşən əsgərlərdən birinin atası Liparit Tovmasyan itkin düşənlərin valideynləri adından Makrona şəxsən məktub çatdırıb.

Ağarza Elçinoğlu 

Seçilən
3
11
unikal.az

10Mənbələr