“Səkkiz il əvvəl heç kim Ermənistana gəlməzdi”.
“Cebheinfo.az”-ın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammiti çərçivəsində plenar çıxışı zamanı belə deyib. “Səkkiz il əvvəl bir çox ölkə bu ölkəni faktiki olaraq Rusiyanın “peyki” hesab edirdi.
Nikol “məxməri inqilabı” təşkil etdi və ölkə üçün riskləri azaltmaq qərarına gəldi”. Makronun sözlərinə görə, nəticədə Ermənistan müəyyən üstünlüklər əldə edib.
Fransa Prezidentinin sözlərinə görə, əvvəllər respublika yalnız Rusiyanın təsiri prizmasından qəbul edilirdisə, bu gün çoxsaylı yüksək səviyyəli səfərlər Ermənistan dövlətinin beynəlxalq arenada statusunun köklü şəkildə dəyişdiyini göstərir.
Erməni politoloq Akop Badalyan bu çıxışına görə Fransa Prezidentini “alçaq” adlandırıb və tarixi təhrif etməkdə ittiham edib.