AZ

Ukraynaya xəyanətin yeni şok təfərrüatları üzə çıxır...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin "Foreign Policy" jurnalının məlumatına görə, amerikalı rəsmilər Ukraynanın beynəlxalq hərbi yardım olmadan bir və ya iki gündən artıq sağ qala bilməyəcəyini düşünürlər.

"Cebheinfo.az" xəbər verir ki, "Foreign Policy"yə (FP) danışan və PURL proqramında iştirak edən ölkələrdən birinin diplomatı belə deyib:

"Amerikalı rəsmilərlə danışdığımda, onlar Ukraynanı beynəlxalq dəstək olmadan bir-iki gündən artıq müqavimət göstərə bilməyəcək bir dövlət kimi görürlər".

Jurnaldakı məqaləyə görə, Yaxın Şərqdə ABŞ-nin və İranın arasında yaşanan münaqişə Kiyevə yönəlmiş "Patriot" hava hücumundan müdafiə sistemlərinin göndərilməsini qeyri-müəyyən vəziyyətə salıb. Bir avropalı diplomat qeyd edib ki, "hər şey İranın ətrafındakı vəziyyətdən asılıdır".

ABŞ müttəfiqlərinə PURL proqramı çərçivəsində artıq haqqı ödənilmiş silahların çatdırılacağına dair zəmanət versə də, gələcək yardım paketləri təminat altında deyil.

2023-cü ilin aprelindən bəri ABŞ Ukraynaya ballistik raketləri zərərsizləşdirmək üçün "Patriot" raketləri tədarük edir.

2025-ci ilin iyulunda Tramp rəhbərliyi birbaşa tədarük əvəzinə, raketlərin NATO ölkələrinə satılması və onların da bu silahları Kiyevə ötürməsi modelinə keçdi. Ukrayna ciddi raket çatışmazlığı yaşayır. 

Xəbərə görə, ölkənin illik təxminən 2000 ədəd "Patriot" raketinə ehtiyacı var, lakin dörd il ərzində cəmi 600 ədəd tədarük edilə bilib.

Rusiyanın öz silahlarını yeni şəraitə uyğunlaşdırması səbəbindən bu raketlərin effektivlik dərəcəsi də təxminən 25 faizə düşüb.

Məqalədə qeyd olunur ki, ABŞ İranın hücumlarına qarşı öz "Patriot" arsenalının yarısına qədərini tükədib və bu sistemlər Tayvanın müdafiəsi də daxil olmaqla digər vəzifələr üçün də zəruridir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
22
cebheinfo.az

10Mənbələr