AZ

Bu ölkə Ukraynaya hərbi texnika tədarük etməyəcək

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Tokio Kiyevə hərbi texnika verməyəcək".

"Unikal" xəbər verir ki, bunu Yaponiya parlamentinin üzvü Muneo Suzuki "RİA Novosti" agentliyinə müsahibəsində deyib. 

Suzuki qeyd edib ki, "Yaponiya Ukraynaya hərbi məhsullar tədarük etməyən yeganə G7 ölkəsidir".

O, Ukraynaya təchizatla bağlı vəziyyətin gələcəkdə də dəyişməyəcəyini qeyd edib. 

Avropa Komissiyası ABŞ-ni Avropa İttifaqı ilə ticarət sazişi çərçivəsində razılaşdırılmış tarif dərəcələrini bərpa etməyə çağırıb.

"Unikal" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü açıqlama verib.

Bildirilib ki, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç bu məsələni Fransada ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşdə qaldırıb.

Avropa Komissiyasında qeyd ediblər ki, Brüssel və Vaşinqton arasında bağlanmış sazişin əsas şərtlərinin iyul ayına - razılaşmanın ildönümünə qədər qüvvədə olması məqsədəuyğun olardı. Eyni zamanda, Aİ ABŞ-ni mümkün cavab tədbirləri barədə xəbərdar etsə də, gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Aİ-dən idxal olunan avtomobillərə tarifləri 25%-ə qaldırdığını açıqlamışdı. Halbuki tərəflər arasında əvvəl razılaşdırılmış tarif səviyyəsi 15% idi.

Qeyd edək ki, bu razılaşma 2025-ci il iyulun 27-də Şotlandiyanın Ternberi şəhərində imzalanmış çərçivə ticarət sazişinə əsaslanır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də ABŞ-ni bu sazişə əməl etməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
22
unikal.az

10Mənbələr