Müəllif:Mehin Qasımova,Banco.az
İrana qarşı Amerika-İsrail hərbi əməliyyatı qlobal enerji bazarının yenidən bölüşdürülməsini və onun ABŞ-dan neft almağa yönəlməsini təmin edəcək.
Banco.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O, Ağ Evdə jurnalistlərə İrana qarşı Amerika-İsrail hərbi əməliyyatının yaratdığı enerji böhranını şərh edərkən bildirib ki, insanlar ABŞ-dan neft almağı öyrənirlər.
Prezident əlavə edib ki, daha yüksək keyfiyyətli məhsuldan danışırıq. Onlar ABŞ-dan almağı öyrənirlər, vərdişlərini dəyişirlər.