ain.az, Axar.az saytına istinadən bildirir.
Neftçala rayon polis şöbəsinin keçirdiyi tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.