AZ

Qohumunun mağazasını soydu

Neftçala rayon polis şöbəsinin keçirdiyi tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
0
27
konkret.az

10Mənbələr