AZ

Neftçalada qohumunun mağazasından qızıl oğurlayan şəxs saxlanıldı

Neftçala rayon polis şöbəsinin keçirdiyi tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.
 
DİN-in Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Seçilən
1
25
moderator.az

10Mənbələr