O qeyd edib ki, hazırkı mərhələdə ABŞ prezidenti Donald Tramp tərəfindən İrana qarşı yeni hücumla bağlı açıq siqnallar verilmir, lakin iqtisadi təzyiqlər davam edir.
Politoloqun sözlərinə görə, Vaşinqtonun əsas strategiyası İranın iqtisadi imkanlarını məhdudlaşdırmaqdır:
“ABŞ İranı iqtisadi məngənədə sıxmaq, dəniz ticarət yollarını və xüsusilə Hörmüz boğazı üzərindən keçən nəqliyyatı nəzarət altına almaqla təzyiq göstərməyə çalışır”.
O bildirib ki, Hörmüz boğazı İran üçün mühüm strateji əhəmiyyət daşıyır və bu bölgədə yaranan məhdudiyyətlər ölkənin iqtisadi vəziyyətinə ciddi təsir göstərir.
Əlimusa İbrahimov əlavə edib ki, ABŞ-ın məqsədi hərbi eskalasiyadan daha çox danışıqlar masasına təzyiq yaratmaqdır:
“İranın iqtisadi çətinliklər fonunda danışıqlara məcbur qalacağı ehtimalı nəzərdən keçirilir”.
Onun sözlərinə görə, regiona hərbi qüvvələrin cəlb olunması davam etsə də, hazırda yaxın zamanda yeni hücumla bağlı ciddi siqnallar müşahidə olunmur.
Politoloq qeyd edib ki, eyni zamanda dəniz yollarında gərginlik və gəmilərin hərəkəti ilə bağlı məhdudiyyətlər də vəziyyəti daha da mürəkkəbləşdirir.
O vurğulayıb ki, hazırkı proseslər əsasən siyasi və iqtisadi təzyiq vasitələri üzərindən idarə olunur və tərəflər arasında gərginlik hələ də yüksək olaraq qalır.