AZ

Vüqar Aslanov WUF13-də nəqliyyatın təşkili planını açıqlayıb

Vüqar
“Son statistikaya əsasən, 176 ölkədən 26 mindən çox iştirakçı artıq WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçib və bu miqyas ciddi məsuliyyət tələb edir”. 1news.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov WUF13 çərçivəsində nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib.
O qeyd edib ki, belə bir tədbirin uğuru ilk növbədə nəqliyyat əməliyyatlarının fasiləsiz, səmərəli və təhlükəsiz şəkildə təşkilindən asılıdır: “Nəqliyyat şöbəsi olaraq biz ümumilikdə beş əsas istiqamət üzrə fəaliyyət göstərəcəyik:
– Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz fəaliyyəti və bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə izlənməsi;
– Hava limanı ilə tədbir məkanını birləşdirən və qrafik üzrə fəaliyyət göstərən avtobus sisteminin qurulması;
– Yol hərəkətinin və tənzimləmələrin idarə olunması;
– Rəsmi və yüksək səviyyəli qonaqlar üçün xüsusi nəqliyyat planının hazırlanması;
– Şəhər üzrə müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və aydın nişanlanma sisteminin tətbiqi”. Onun sözlərinə görə, xidmətlər bir neçə kateqoriyaya bölünür: “– Müntəzəm avtobus və transfer xidmətləri;
– Rəsmi və xüsusi mühüm şəxslər üçün nəqliyyatın təşkili;
– Nəqliyyat parkının və dispetçer xidmətlərinin idarə olunması;
– Yol hərəkətinin tənzimlənməsi;
– Xüsusi hərəkət zolaqlarının təşkili;
– Nəqliyyat vasitələri üçün xüsusi buraxılış sisteminin idarə olunması;
– İstiqamətləndirici işarələr, informativ xəritələr və bukletlərin hazırlanması və paylanması;
– Taksi əməliyyatları;
– Məkan daxilində nəqliyyat və qolfkart xidmətləri;
– Fiziki məhdudiyyətli şəxslər üçün əlçatan infrastrukturun təmin edilməsi”. Vüqar Aslanov bildirib ki, bütün bu xidmətlər dövlət qurumları ilə koordinasiyalı şəkildə və protokol qaydalarına uyğun həyata keçirilir: “Sistemimizin dörd əsas məkanı mövcuddur:
– Heydər Əliyev Beynəlxalq Hava Limanı – qonaqların gəliş və gediş qovşağı;
– Bakı Olimpiya Stadionu – tədbirin əsas məkanı;
– Şəhərin əsas nəqliyyat qovşaqları və stansiyaları;
– Bakı üzrə rəsmi otellər.

Bu məkanlar arasında fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması əsas prioritetlərdən biridir.

Seçilən
12
10
1news.az

10Mənbələr