"Nəqliyyat şöbəsi olaraq biz ümumilikdə beş əsas istiqamət üzrə fəaliyyət göstərəcəyik. Bunlar Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz fəaliyyəti və bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə izlənməsi, hava limanı ilə tədbir məkanını birləşdirən və qrafik üzrə fəaliyyət göstərən avtobus sisteminin qurulması, yol hərəkətinin və tənzimləmələrin idarə olunması, rəsmi və yüksək səviyyəli qonaqlar üçün xüsusi nəqliyyat planının hazırlanması, şəhər üzrə müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və aydın nişanlanma sistemi olacaq. Xidmətlərimiz isə bir neçə kateqoriyaya bölünəcək.
Müntəzəm avtobus və transfer xidmətləri, rəsmi və xüsusi mühüm şəxslər üçün nəqliyyatın təşkili, nəqliyyat parkının və dispetçer xidmətlərinin idarə olunması, yol hərəkətinin tənzimlənməsi, xüsusi hərəkət zolaqlarının təşkili, nəqliyyat vasitələri üçün xüsusi buraxılış sisteminin idarə olunması, istiqamətləndirici işarələr, informativ xəritələr və bukletlərin hazırlanması və paylanması, taksi əməliyyatları, məkan daxilində nəqliyyat və qolfkart xidmətləri, fiziki məhdudiyyətli şəxslər üçün əlçatan infrastrukturun təmin edilməsi”.
V. Aslanov deyib ki, bütün bu xidmətlər dövlət qurumları ilə koordinasiyalı şəkildə və protokol qaydalarına uyğun həyata keçirilir:
“Sistemimizin dörd əsas məkanı mövcuddur: Heydər Əliyev Beynəlxalq Hava Limanı – qonaqların gəliş və gediş qovşağı, Bakı Olimpiya Stadionu – tədbirin əsas məkanı, şəhərin əsas nəqliyyat qovşaqları və stansiyaları və Bakı üzrə rəsmi otellər. Bu məkanlar arasında fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması əsas prioritetlərdən biridir”.
"Cebheinfo.az"