– Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz fəaliyyəti və bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə izlənməsi;
– Hava limanı ilə tədbir məkanını birləşdirən və qrafik üzrə fəaliyyət göstərən avtobus sisteminin qurulması;
– Yol hərəkətinin və tənzimləmələrin idarə olunması;
– Rəsmi və yüksək səviyyəli qonaqlar üçün xüsusi nəqliyyat planının hazırlanması;
– Şəhər üzrə müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və aydın nişanlanma sisteminin tətbiqi”. Onun sözlərinə görə, xidmətlər bir neçə kateqoriyaya bölünür: “– Müntəzəm avtobus və transfer xidmətləri;
– Rəsmi və xüsusi mühüm şəxslər üçün nəqliyyatın təşkili;
– Nəqliyyat parkının və dispetçer xidmətlərinin idarə olunması;
– Yol hərəkətinin tənzimlənməsi;
– Xüsusi hərəkət zolaqlarının təşkili;
– Nəqliyyat vasitələri üçün xüsusi buraxılış sisteminin idarə olunması;
– İstiqamətləndirici işarələr, informativ xəritələr və bukletlərin hazırlanması və paylanması;
– Taksi əməliyyatları;
– Məkan daxilində nəqliyyat və qolfkart xidmətləri;
– Fiziki məhdudiyyətli şəxslər üçün əlçatan infrastrukturun təmin edilməsi”. Vüqar Aslanov bildirib ki, bütün bu xidmətlər dövlət qurumları ilə koordinasiyalı şəkildə və protokol qaydalarına uyğun həyata keçirilir: “Sistemimizin dörd əsas məkanı mövcuddur:
– Heydər Əliyev Beynəlxalq Hava Limanı – qonaqların gəliş və gediş qovşağı;
– Bakı Olimpiya Stadionu – tədbirin əsas məkanı;
– Şəhərin əsas nəqliyyat qovşaqları və stansiyaları;
– Bakı üzrə rəsmi otellər.
Bu məkanlar arasında fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması əsas prioritetlərdən biridir.