ain.az, Sportal.az portalına istinadən məlumat verir.
Azərbaycanlı futbol məşqçisi Şahin Diniyevə bir sıra yerli və xarici klubların maraq dairəsindədir.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyənin IHA agentliyi məlumat yayıb.
Tanınmış portal millimizin sabiq baş məşqçisi barədə bunları yazıb:
"Şahin Diniyev ötən ay Ankarada keçirilən Türk Ölkələrinin Parlamentlərarası Turnirində Milli Məclisin Azərbaycan komandasına rəhbərlik edib. Azərbaycan yığması finalda Türkiyəyə məğlub olaraq ikinci yeri tutub. Diniyevin rəhbərliyi altında komanda turnir boyu balanslı və intizamlı oyunu ilə seçilib. "Qarabağ", "Kəpəz", "Səbail", "Terek" (indiki "Axmat") klublarını və Azərbaycan milli komandasını çalışdırmış Şahin Diniyev müxtəlif futbol sahələrində xeyli təcrübə toplayıb. Diniyev Azərbaycandan kənarda beynəlxalq futbol dairələrində tanınmış məşqçi olduğundan, onun adı xarici klublarla daha tez-tez xatırlanır".
Portal həmçinin Şahin Diniyevin oğlu Coşqun Diniyevin də Türkiyədə "Ümraniyespor", "Bandırmaspor" və "Çorum" klublarında oynadığını qeyd edib.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.