AZ

Şahin Diniyev

"Hər iki komanda üçün prinsipial bir matç olacaq".

Bu sözləri Apasport.az saytına açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis bu gün keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində “Sabah” – “Qarabağ” görüşünü dəyərləndirib:

"Nəzərə alsaq ki, "Sabah" Premyer Liqanı "Qarabağ"ın əlindən alıbsa, artıq "köhlən atlar" kuboku "bayquşlar"ın əlindən almaq üçün əlindən gələni edəcək. Həmçinin Ağdam təmsilçisi üçün UEFA Avropa Liqası Konfrans Liqasından daha səviyyəli turnir olaraq sayılır. Gərgin oyun olacaq. "Qarabağ" hələ ki "Sabah"la matçlarda istədiyi nəticələri əldə edə bilməyib. Lakin bu Ağdam klubunu sarsıdacaq bir məqam deyil. Komandada çıxış edən futbolçularda ümumiyyətlə Çempionlar Liqasından sonra bir durğunluq yaranıb. Amma bu görüşlə birlikdə tam fərqli olacaqlarını düşünürəm. "Sabah" isə stabil çıxışını davam etdirir. Bakı təmsilçisi həm müdafiədə həm də hücumda çox yaxşı oyun göstərir. Hər iki komanda bu görüşə yaxşı hazırlaşıb. Fikrimcə qarşılaşma iki baş məşqçisinin taktiki savaşı olacaq.

Eren Aydın: “Qarabağ", "Sabah" - KİM GƏLİRSƏ GƏLSİN

AFFA-nın Kütləvi Futbol Departamentinin əməkdaşları UEFA seminarına qatılıb

Finalın adı bəlli olur: "Qarabağ" "Sabah"a qarşı - YENİLƏNİR

Hakandan dubl, "İnter" finalda: Möcüzəvi geridönüş

XXIII turun təyinatları bəlli olub

Seçilən
27
7
apasport.az

10Mənbələr