Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyə milli komandası dünya çempionatının final mərhələsinə hazırlıq çərçivəsində iki yoldaşlıqq oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv iyunun 1-də İstanbulda Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. "Ay-ulduzlular" beş gün sonra isə ABŞ-nin Fort-Loderdeyl şəhərində Venesuela seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.