AZ

Canluici Donnarumma transfer üslubunda evləndi FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İngiltərənin “Mançester Siti” futbol komandasının və İtaliya millisinin qapıçısı Canluici Donnarumma Alessiya Elefante ilə ailə həyatı qurub.

İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper toy xəbərini sosial şəbəkə hesabında qeyri-adi şəkildə paylaşıb. O, mərasimdən olan fotoları transfer xəbərlərinə xas olan “Uzunmüddətli müqavilə imzalandı” başlığı ilə təqdim edib.

Futbolçunun bu paylaşımı azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb. Bir çox izləyici məşhur insayder Fabrisio Romanonun məşhur “Here we go” ifadəsini xatırladaraq zarafat dolu şərhlər yazıblar.

Qeyd edək ki, Canluici Donnarumma 2025-ci ilin yayından PSJ-dən transfer olunduğu “Mançester Siti”də çıxış edir. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
50
icma.az

10Mənbələr