AZ

“Aston Villa” Markus Reşfordu transfer etmək istəyir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

İngiltərənin "Aston Villa" komandası hazırda icarə əsasında “Barselona”da çıxış edən Markus Reşfordu transfer etmək istəyir.

AZƏRTAC xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Unay Emeri daha əvvəl də klubun formasını geyinən hücumçunu sərəncamında görmək niyyətindədir. Reşford hazırda müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.

İngiltərəli oyunçu bu mövsüm "Barselona"nın heyətində 45 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
50
azertag.az

10Mənbələr