AZ

Mançester Yunayted Kazemironun əvəzinə onu transfer etmək istəyir

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Botafogo"nun yarımmüdafiəçisi Danilo "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki. bu barədə insayder Vellinqton Arruda sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin sözlərinə görə, ingilis klubu 25 yaşlı futbolçunu cari mövsümün sonunda komandadan ayrılacaq Kazemironun əvəzedicisi kimi görür.

"Botafogo"nun Danilonu 40 milyon avrodan aşağı qiymətə satmaq istəmədiyi bildirilir. "Zenit", "Fulham", Leverkuzen "Bayer"i, "Napoli", "Palmeyras" və "Flamenqo" da yarımmüdafiəçi ilə maraqlanır.

Qeyd edək ki, Danilo 2025-ci ilin yayından "Botafoqo"nun formasını geyinir. O, komandanın heyətində bütün turnirlərdə 38 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
26
sport24.az

10Mənbələr