AZ

ABŞ–İran xəttində gərgin mərhələ: Tehranın raketləri yenidən hazır vəziyyətə gətirilir

İran atəşkəsdən sonra hərbi potensialını sürətlə bərpa edir və raket buraxılış qurğularını yenidən döyüş vəziyyətinə qaytarır.

Musavat.com xəbər verir ki, The Atlantic nəşrinə istinadən yayılan məlumatda bildirilir ki, hər gün bir neçə raket qurğusu yenidən istismara verilir və artıq onların təxminən yarısı istifadəyə hazır vəziyyətə gətirilib.

Mənbələrin qiymətləndirməsinə görə, bu proses regionda gərginliyin yenidən artması riskini gücləndirir və mümkün eskalasiya ehtimallarını artırır.

Eyni zamanda, ABŞ tərəfi İranla diplomatik kanalları açıq saxlayır. Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, Vaşinqton Tehranın təqdim etdiyi üçmərhələli danışıqlar təklifini müzakirə edir.

Həmin təklifə əsasən, ilkin mərhələdə tam atəşkəs və təhlükəsizlik zəmanətləri, daha sonra Hörmüz boğazının idarə olunması, son mərhələdə isə İranın nüvə proqramı ilə bağlı müzakirələr nəzərdə tutulur.

Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr