AZ

İran ABŞ la danışıqlar üçün üç mərhələli plan təqdim edib əsas şərt müharibənin dayandırılmasıdır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran ABŞ-la danışıqlar aparmaq üçün vasitəçilərin köməyi ilə Vaşinqtona üç mərhələdən ibarət plan təqdim edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalının məlumat verib.

Məlumatda bildirilir ki, Tehran danışıqların ilk mərhələsinin yalnız müharibənin dayandırılması və İranla yanaşı Livana qarşı hərbi əməliyyatların yenidən başlanmayacağına dair zəmanətlərin alınmasına həsr olunmasını tələb edir. İran tərəfi bu mərhələdə başqa heç bir məsələnin müzakirə olunmasına razı deyil.

Bildirilir ki, əgər bu məsələlər üzrə razılıq əldə olunarsa, ikinci mərhələdə Omanın koordinasiyası ilə müharibədən sonra Hörmüz boğazının idarə olunması müzakirə ediləcək.

Üçüncü mərhələ isə İranın nüvə proqramı ilə bağlı olacaq. Kanalın vurğuladığına görə, Tehran ilk iki mərhələ üzrə razılaşma əldə olunmadan bu mövzunu müzakirə etməkdən imtina edir.

Məlumatda qeyd olunur ki, ABŞ bu planı qəbul edərsə, İran növbəti danışıqlar raunduna razılıq verə bilər.

Xatırladaq ki, 11 aprel tarixində İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıb. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Sonradan həm Tehran, həm də Vaşinqton tərəflər arasında mövcud ziddiyyətlər səbəbindən uzunmüddətli razılaşmanın əldə olunmadığını açıqlayıb. Yeni danışıqlar raundunun detalları hələlik məlum deyil.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
50
bizimyol.info

10Mənbələr