AZ

İrandan ABŞ-a təklif: İlk növbədə blokada götürülsün...

İran Vaşinqtona münaqişənin həlli üçün yeni təklif təqdim edib.

Musavat.com Axios-a istinadən xəbər verir ki, təklifdə İrana qarşı Amerika blokadasının qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramının müzakirəsinə keçmək nəzərdə tutulur.

Portalın mənbələrinə görə, Tehran nümayəndələri yeni təklifi Pakistandakı vasitəçilər vasitəsilə Amerika tərəfinə çatdırıblar: "Yeni təklif danışıqlardakı mövcud durğunluğu və İran liderlərinin Tramp administrasiyası ilə razılığa gəlmək üçün etməyə hazır olduqları nüvə güzəştlərinin miqyası ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağı hədəfləyir".

Portala görə, İranın təklifi "əsasən Hörmüz boğazı və Amerika blokadası ətrafındakı böhranın həllinə yönəlib". Tərəflərin atəşkəsi "uzun müddətə" uzatması və ya müharibəyə daimi son qoymaq barədə razılığa gəlməsi təklif olunur: "Təklifə əsasən, nüvə proqramı danışıqları yalnız sonrakı mərhələdə, Hörmüz boğazı açıldıqdan və blokada qaldırıldıqdan sonra başlayacaq". Portala görə, Amerika lideri "İranla danışıqlardakı çıxılmaz vəziyyəti və müharibədə mümkün növbəti addımları müzakirə etmək" üçün 27 apreldə kabinet iclası keçirmək niyyətindədir.

Tramp özü blokada nəticəsində İranın neft ixracının tamamilə dayandırıldığını, anbarlarının isə 3 günə dolacağını bəyan edib. 

Musavat.com

 

Seçilən
9
50
musavat.com

10Mənbələr