AZ

Bu ölkədə 2 günlük matəm elan edildi

Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terrorçuların hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumət nümayəndəsi İssa Usman Kulibali məlumat yayıb.

"Dövlət naziri, müdafiə və veteranların işləri üzrə nazir, general Sadio Kamaranın xatirəsinə aprelin 27-də saat 00:00-dan (Bakı vaxtı ilə saat 04:00) başlayaraq ölkə daxilində ikigünlük matəm elan edilib", - o bildirib.

İssa Usman Kulibalinin sözlərinə görə, matəm dövrü ərzində bütün ictimai binalar və müəssisələrdə bayraqlar endiriləcək.

Xatırladaq ki, radikal qruplaşmaların birləşmələri aprelin 25-də Malinin bir neçə şəhərinə koordinasiyalı hücumlar təşkil ediblər. Müdafiə və veteranların işləri üzrə nazir Sadio Kamara öldürülüb.

Seçilən
10
4
bakivaxti.az

10Mənbələr