AZ

Malidə matəm elan edildi

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terroristlərin hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə hökumət nümayəndəsi İssa Usman Kulibali "ORTM" milli radioyayım şirkətinin efirində çıxışı zamanı məlumat verib.

"Dövlət naziri, müdafiə və veteranlar işləri üzrə nazir, general Sadio Kamaranın xatirəsinə aprelin 27-də saat 00:00-dan (Bakı vaxtı ilə saat 04:00) başlayaraq ölkə daxilində ikigünlük matəm elan edilib", - deyə o bildirib.

İssa Usman Kulibalinin sözlərinə görə, matəm dövrü ərzində bütün ictimai binalar və müəssisələrdə bayraqlar endiriləcək.

Xatırladaq ki, radikal qruplaşmaların birləşmələri aprelin 25-də Malinin bir neçə şəhərinə koordinasiyalı hücumlar təşkil ediblər. Müdafiə və veteranların işləri üzrə nazir Sadio Kamara öldürülüb. Mali Silahlı Qüvvələrinin Baş Qərargahı elə həmin gün bildirib ki, yaraqlıların bütün hücumları dəf edilib və onlara ciddi ziyan vurulub. Döyüşlər aprelin 26-da əsasən ölkənin şimal-şərqindəki Kidal şəhərində, eləcə də Qao və Sevare şəhərlərini əhatə edən ərazilərdə davam edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
23
moderator.az

10Mənbələr