AZ

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
17
11
unikal.az

10Mənbələr