AZ

Ötən gün aşkarlanan narkotikin çəkisi, silah-sursatın sayı açıqlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Olaylar.az Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
20
olaylar.az

10Mənbələr