AZ

Ötən gün qanunsuz saxlanılan 3 tapança, 5 tüfəng aşkar edilib

BAKI, 25 aprel. TELEQRAF

Aprelin 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər.

Teleqraf xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
9
12
teleqraf.com

10Mənbələr