AZ

8 boksçumuz “Heydər Əliyev kuboku-2026”ya qələbə ilə başlayıb

Bakıda 17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinə start verilib. 8 ölkənin qatıldığı yarışın ilk günündə 19 döyüş baş tutub.

Bakı Boks Mərkəzində keçirilən turnirə Azərbaycan millisinin 8 idmançısı qələbə ilə başlayıb. Yığmamızın heyətində Nihad Məmmədli (48 kq) komanda yoldaşı Əlmurad Kərimliyə (5:0),  Amid Ələkbərov (63 kq) İsmayıl Aslanlıya (3:2), Məhəmməd Rüstəmov (63 kq) Amin Həsənzadəyə (4:1) qalib gəlib.

İsmayıl Nəsirzadə (52 kq) Matvey Şumyakovu (Estoniya, 5:0), Mirtahir Əhmədli (52 kq) Jalqas Abdraşovu (Qazaxıstan, 4:1), Əli Camalzadə (57 kq) İslam Orucovu (Qazaxıstan, 4:1) İbrahim Bədəlli (57 kq) Abrorbek Tengelovu (Özbəkistan, 5:0), Zirəddin Rüstəmov (80 kq) isə Nurislam Amankeldini (Qazaxıstan, 3:2) məğlub edib.

Yarışın ikinci gündə 29 görüş olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Boks gecəsində şok anlar: Rinqdə kütləvi dava - VİDEO

Üç boksçumuz Dünya kubokunun finalında

Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib

Millimizin üzvü Dünya Kubokunun 1/4 finalında

Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda qələbə qazanıb

Seçilən
49
9
apasport.az

9Mənbələr