AZ

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi


Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı ilə görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.
"Keçən il Tokioda keçirilmiş UMAC (Ukraine Mine Action Conference 2025) zamanı imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o bildirib.
Y.Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:
"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq", - səfir qeyd edib.

Seçilən
0
12
nuh.az

10Mənbələr