AZ

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq"... - FOTO

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı bu ölkənin Azərbaycandakı səfirliyində olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.
 

"Keçən il Tokioda UMAC zamanı (Ukraine Mine Action Conference 2025) imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o qeyd edib.


Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq".




Bizim.Media

Seçilən
0
12
bizim.media

10Mənbələr