Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.
"Keçən il Tokioda UMAC zamanı (Ukraine Mine Action Conference 2025) imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir. Təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır. Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq" - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31