AZ

Azad edilmiş ərazilərdə daha 79 mina, 460 PHS aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.04.2026 – 19.04.2026) məlumat açıqlanıb.

Aznews.az xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 62 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 460 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1455,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Seçilən
77
49
aznews.az

10Mənbələr