AZ

Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Ajans.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 62 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 460 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

      Bildirilib ki, 1455,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

      Seçilən
      87
      49
      Ajans.az

      10Mənbələr