
Azad olunan ərazilərdə aprelin 13-dən 19-dək 17 tank əleyhinə mina, 62 piyada əleyhinə mina, 460 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1455,4 hektar ərazi minalardan təmizlənib.