AZ

Paşinyan: “Son iki ildə sərhədimizdə nə ölən, nə də yaralanan olub”

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı ilə İrəvan arasında sülhün təzahürü ondan ibarətdir ki, son iki ildə hər iki ölkənin sərhədində nə ölən, nə də yaralanan olub.Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.Paşinyanın sözlərinə görə, “üçbaşlı müharibə partiyası”nın nümayəndələri (bununla o, Rusiyameyilli müxalifəti nəzərdə tutub) guya sənədi yaxşılaşdırmaq məqsədilə sülh sazişinə yenidən baxılmasından danışırlar.“Bağışlayın, amma kim sübut edə bilər ki, bu yenidən baxılmanın nəticəsində həmin sənəd daha yaxşı olacaq?” - deyə baş nazir vurğulayıb.

 

Paşinyan qeyd edib ki, Hörmüz boğazı ətrafında yaranan böhran neft məhsullarının qiyməti, inflyasiya və təchizat baxımından Ermənistan vətəndaşlarına və ölkə iqtisadiyyatına daha ağır təsir göstərə bilərdi.

Onun sözlərinə görə, əgər bu dövrdə Azərbaycan dəmir yolunun Ermənistan üçün tarixi açılışı baş verməsəydi, vəziyyət daha ağır olardı.Ermənistan hökumətinin başçısı əlavə edib ki, mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, ABŞ, Ermənistan və Azərbaycan hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab edirlər.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
bizim.media

10Mənbələr