AZ

Paşinyan müxalifəti Ermənistanı müharibəyə sövq etməkdə günahlandırıb

“Üçbaşlı müharibə partiyası”nın (Koçaryan–Karapetyan–Sarukyan — red.) nümayəndələri bir-biri ilə yarışaraq sülh şərtlərinə yenidən baxılmasından danışırlar və guya onu daha yaxşı etmək istədiklərini bildirirlər.

Aznews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Ermənistan lideri şərtlərin yenilənməsinin heç də onun daha yaxşı olacağına dəlalət etmədiyini bildirib.

“Bu gün şərtlərin yenidən baxılmasını tələb edən qüvvələr Qarabağ və ətraf rayonları əhatə edən xəritələr və onu simvolizə edən bayraqlarla çıxış edirlər. Bu məntiqin inkişafı qaçılmaz müharibə deməkdir”, - o qeyd edib.

Seçilən
13
5
aznews.az

10Mənbələr