AZ

Paşinyan: Azərbaycanla sülh hesabına ölkəmizin perspektivləri daha proqnozlaşdırıla bilən olub

Azərbaycanla sülh prosesi sayəsində Ermənistanın perspektivləri daha proqnozlaşdırıla bilən olub.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə çıxış edərkən bəyan edib.

"Bu gün dövlətimizin perspektivləri həmişəkindən daha müəyyəndir və bu, ilk növbədə 2025-ci il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Donald Trampın dəstəyi ilə bərqərar edilmiş Ermənistan və Azərbaycan arasındakı sülh sayəsindədir", - o qeyd edib.

Paşinyan yaxın gələcəkdə ölkəni TRIPP layihəsinin həyata keçirilməsi, eləcə də Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin imzalanması və ratifikasiyası da daxil olmaqla "böyük və tarixi hadisələrin" gözlədiyini qeyd edib.

Bununla yanaşı o vurğulayıb ki, Ermənistan TRIPP layihəsinin həyata keçirilməsi mərhələsinə daxil olur: "Məmnuniyyətlə qeyd edirik ki, mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, ABŞ, Ermənistan və Azərbaycan hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab edirlər".

Seçilən
10
8
moderator.az

10Mənbələr