AZ

Türkiyədə məktəblilər arasında bıçaqlı dava - Yaralılar var

Türkiyənin Malatya şəhərində iki qrup şagird arasında baş verən bıçaqlı davada beş nəfər yaralanıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə günorta saatlarında Yeşilyurt rayonunun Çilesiz məhəlləsində baş verib. 

Məlumata görə, yaxınlıqda olan 2 məktəbin şagirdləri arasında təhqir zəminində baş verən bıçaqlı davada 5 nəfər yaralanıb.

Məlumatdan sonra hadisə yerinə polis və tibb qrupları göndərilib, yaralılar şəhərdəki müxtəlif xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, bu, son 2 gündə Türkiyədəki təhsil ocaqlarında üçüncü hadisədir. 

Bundan əvvəl Şanlıurfa vilayətinin Siverek rayonundakı Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində keçmiş şagird ov tüfəngi ilə törətdiyi hücum nəticəsində ümumilikdə 16 nəfər yaralanıb: 10 şagird, 4 müəllim, 1 polis və 1 yeməkxana işçisi.

Bu gün isə Kahramanmaraş şəhərində baş verən atışma nəticəsində ən azı dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

Ağarza Elçinoğlu

Seçilən
24
9
unikal.az

10Mənbələr