AZ

Türkiyədə İsrail konsulluğuna hücuma görə 198 nəfər saxlanıldı

İstanbuldakı İsrail konsulluğuna edilən hücumdan sonra İŞİD-ə qarşı əməliyyat keçirilib və 198 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb. 

"İstanbulun Levent rayonundakı polis məntəqəsinə üç terrorçunun silahlı hücumundan sonra 34 vilayətdə İŞİD terror təşkilatına qarşı eyni vaxtda əməliyyatlar həyata keçirilib. Əməliyyatlar zamanı 273 şübhəli şəxs barəsində tədbirlər görülüb, 198 şübhəli saxlanılıb", - məlumatda qeyd olunub. 

 

Xatırladaq ki, aprelin 7-də İstanbuldakı İsrail konsulluğuna silahlı hücum təşkil edilib. Hücum edənlər zərərsizləşdirilib, iki polis əməkdaşı da yaralanıb. Türkiyə prezident administrasiyası terror təhdidləri ilə mübarizəni davam etdirdiyini bildirib.

Gülayə Mecid

Seçilən
11
unikal.az

1Mənbələr