AZ

Liseyə silahlı hücum sonrası kütləvi tətillər başlayıb

Xəbər verdiyimiz kimi, Şanlıurfanın Siverek rayonundakı liseydə baş verən atışma nəticəsində 16 nəfər yaralanıb. 

"Unikal" xəbər verir ki, bu hadisədən sonra Türkiyədəki təhsil həmkarlar ittifaqlarının qərarına əsasən, İstanbul məktəblərində müəllimlər tətilə başladılar. Nəticədə bir çox məktəbdə dərslər ləğv olunub.

Təhsil işçiləri və valideynlər, xüsusən də İstanbul kimi böyük şəhərlərdə məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılmasını tələb ediblər.

Qeyd edək ki, Şanlıurfa vilayətinin Siverek rayonundakı Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində keçmiş şagirdin törətdiyi atışma Türkiyədə əsas müzakirə mövzusuna çevrilib. Ov tüfəngi ilə törədilən hücum nəticəsində ümumilikdə 16 nəfər yaralanıb: 10 şagird, 4 müəllim, 1 polis və 1 yeməkxana işçisi.

Şanlıurfa valisi Həsən Şıldak hücumçunun məktəbin keçmiş şagirdi Ömer Ket olduğunu və hadisədən sonra intihar etdiyini açıqlayıb. 

Ağarza Elçinoğlu

Seçilən
18
9
unikal.az

10Mənbələr