AZ

Millimizin Avropa çempionatı üçün heyəti

ain.az, Footbal-plus saytına istinadən bildirir.

16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək."Football-plus.az" xəbər verir ki, qitə yarışında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.Mötəbər turnirdə 11 çəki dərəcəsində Azərbaycanın 15 cüdoçusu (9 kişi və 6 qadın) mübarizə aparacaq. İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.Millimizin heyəti:Kişilər-60 kqBalabəy AğayevƏhməd Yusifov-66 kqTuran Bayramov-73 kqHidayət Heydərov-81 kqZelim TçkayevÖmər Rəcəbli-90 kqMurad Fətiyev-100 kqZelim Kotsoyev+100 kqKənan NəsibovQadınlar-48 kqKönül ƏliyevaŞəfəq Həmidova-52 kqLeyla ƏliyevaGültac Məmmədəliyeva-70 kqSüdabə Ağayeva+78 kqMadina Kaisinova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
9
icma.az

10Mənbələr