AZ

15 cüdoçumuz Avropa çempionatında çıxış edəcək

Apasport saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.

Apasport.az xəbər verir ki, mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçumuz (9 kişi və 6 qadın) mübarizə aparacaq.

İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

60 kq

Balabəy Ağayev

Əhməd Yusifov

66 kq

Turan Bayramov

73 kq

Hidayət Heydərov

81 kq

Zelim Tçkayev

Ömər Rəcəbli

90 kq

Murad Fətiyev

100 kq

Zelim Kotsoyev

+100 kq

Kənan Nəsibov

Qadınlar

48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

52 kq

Leyla Əliyeva

Gültac Məmmədəliyeva

70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

Cüdo üzrə Liqa yarışının I turu keçiriləcək

Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək

Amina Abdellatif: “Avropa çempionatında qadın cüdoçulara ümidlər böyükdür”

Riçard Trautman: “Əsas hədəfimiz Azərbaycanda keçiriləcək dünya çempionatıdır”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
apasport.az

10Mənbələr