AZ

Azərbaycan millisinin dünya çempionatı üçün heyəti bəlli oldu

Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək Avropa çempionatında mübarizə aparacaq Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, qitə birinciliyində ölkəmiz 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunacaq.

İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.

Kişilər

-60 kq

Balabəy Ağayev

Əhməd Yusifov

-66 kq

Turan Bayramov

-73 kq

Hidayət Heydərov

-81 kq

Zelim Tçkayev

Ömər Rəcəbli

-90 kq

Murad Fətiyev

-100 kq

Zelim Kotsoyev

+100 kq

Kənan Nəsibov

Qadınlar

-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

-52 kq

Leyla Əliyeva

Gültac Məmmədəliyeva

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

saytlarin hazirlanmasi

Seçilən
0
2
sportal.az

10Mənbələr