AZ

Avropa ehtiyat plan hazırlayır

Aİ ölkələri ABŞ-ın NATO-dan çıxması halında qitəni qorumaq üçün ehtiyat plan hazırlayır.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Wall Street Journal" mənbələrə istinadla məlumat yayıb.

Məqalədə deyilir ki, ABŞ-ın blokdan çıxması halında Avropanın özünü müdafiə edə bilməsini təmin etmək üçün hazırlanmış ehtiyat planı geniş vüsət alır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp NATO-nun İranla bağlı vəziyyətdə Vaşinqtonu dəstəkləmədiyini və gələcəkdə də dəstəkləməyəcəyini bildirmişdi.

Seçilən
31
4
ikisahil.az

10Mənbələr