Yazını böyüt
Yazını kiçilt
Aİ ölkələri ABŞ-nin NATO-dan çıxması halında qitəni qorumaq üçün ehtiyat plan hazırlayır.
Hafta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb. "ABŞ-nin çıxması halında Avropanın özünü müdafiə edə bilməsini təmin etmək üçün hazırlanmış ehtiyat planı hazırlanır", - nəşr yazıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp NATO-nun İranla bağlı vəziyyətdə Vaşinqtonu dəstəkləmədiyini və gələcəkdə də dəstəkləməyəcəyini bildirmişdi.