Baş nazir Viktor Orban Macarıstan seçkilərindəki qələbəmiz münasibətilə telefonla partiyamızı təbrik edib.
"Unikal" xəbər verir ki, bunu mxalif Tisza partiyasının lideri Peter Madyar sosial media platforması "X"də yazıb:
"Baş nazir Viktor Orban bizi telefonla qələbəmiz münasibətilə təbrik etdi".
Macarıstan Milli Seçki Bürosu ölkənin parlament seçkilərində verilən səslərin 60,24%-ni hesablayıb.
İlkin nəticələrə görə, müxalifətdəki Tisza partiyası Macarıstan parlamentində 136 yer, Baş nazir Orbanın Fidesz fraksiyası isə 199 yerdən yalnız 56 yer alacaq.
Orban özü seçkilərin nəticəsinin natamam olsa da, aydın və başa düşülən olduğunu bildirib və nəticələrin onun Fidesz partiyası üçün aydın və ağrılı olduğunu qeyd edib.