AZ

13 Reabilitasiya Mərkəzi Agentliyin tabeliyinə verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının tələblərinə uyğun olaraq İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi ilə birləşmə yolu ilə yenidən təşkil olunur.

"Cebheinfo.az" "Vergilər" qəzetinə istinadən xəbər verir ki, bu dəyişiklik nəticəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan Şəki, Şağan, Respublika, Naftalan, Mərdəkan, Lənkəran, Qəbələ Uşaq, Şəmkir Uşaq, Xaçmaz, Gəncə, Bakı, 1 və 2 nömrəli Uşaq Reabilitasiya mərkəzləri yeni idarəetmə qaydasına uyğun olaraq tabelikdən çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.

"Cebheinfo.az"

Seçilən
12
9
cebheinfo.az

10Mənbələr