Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının tələblərinə uyğun olaraq İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi ilə birləşmə yolu ilə yenidən təşkil olunur.
Bu dəyişiklik nəticəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan Şəki, Şağan, Respublika, Naftalan, Mərdəkan, Lənkəran, Qəbələ Uşaq, Şəmkir Uşaq, Xaçmaz, Gəncə, Bakı, 1 və 2 nömrəli Uşaq Reabilitasiya mərkəzləri yeni idarəetmə qaydasına uyğun olaraq tabelikdən çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
vergilər qəzeti