Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının tələblərinə uyğun olaraq "İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi"ilə birləşmə yolu ilə yenidən təşkil olunur.
“APA-Economics” bu barədə "Vergilər" qəzetinə istinadən xəbər verir.
Bu dəyişiklik nəticəsində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin tabeliyində olan Şəki, Şağan, Respublika, Naftalan, Mərdəkan, Lənkəran, Qəbələ Uşaq, Şəmkir Uşaq, Xaçmaz, Gəncə, Bakı, 1 və 2 nömrəli Uşaq Reabilitasiya mərkəzləri yeni idarəetmə qaydasına uyğun olaraq tabelikdən çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sosial Xidmətlər Agentliyi”nin tabeliyinə verilib.