AZ

Astanada binada yanğın oldu - Üç uşaq öldü

Astanada 21 mərtəbəli binanın 15-ci mərtəbəsində bir mənzildə yanğın baş verib, üç uşaq ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın qısa müddətdə söndürülüb. Mənzildə 3 uşağın meyiti aşkarlanıb. Bir qadın xilas edilib, o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürənlər binadan 20 nəfəri təxliyə edib, daha 40-a yaxın sakin isə binanı özləri tərk ediblər.

Seçilən
12
6
redaktor.az

7Mənbələr